Ağdam Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb.
7times.az xəbər verir ki, Metbuat.az-ın əldə etdiyi məlumata görə, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Mətanət Misirxanova bu vəzifəyə Ağdam Rayon İcra Hakimiyyətinin 13 noyabr 2015-ci il tarixli 327 nömrəli əmrinə əsasən Ağdam Rayon Təhsil Şöbəsinin müdir vəzifəsinə təyin edilmişdir.
Follow @7timesaz