Cəmiyyət

Azərbaycanın bölgələrində də vaksinasiya başladı

Azərbaycanın bölgələrində də vaksinasiya başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb.

7times.az xəbər verir ki, vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.

Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.