Ölkə

Azərbaycanın ən varlı qadınının qazancı 2 dəfə azalıb – FOTOLAR

Azərbaycanın ən varlı qadınının qazancı 2 dəfə azalıb – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən banklar ötən il üçün mənfəət və zərərlərini açıqlayıblar.
Yeniavaz.com 
xəbər verir ki, AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın əsas səhmdarı olduğu “Premium Bank” ASC-nin xalis mənfəəti 2020-ci illə müqayisədə ötən il təxminən 2 dəfə azalıb. Belə ki, 2020-ci ildə “Premium Bank”ın xalis mənfəəti 3 milyon 964 min manat olduğu halda, ötən il 1 milyon 935 min manat olub.
Məlumat üçn bildirək ki, bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank”ın ötən il əldə etdiyi mənfəətin 1,6 milyon manatı Zərifə Həmzəyevanın payına düşür.
Onu da qeyd edək ki, “Premium Bank”ın nizamnamə kapitalı 154 milyon manat təşkil edir ki, bunun da 130,6 milyon manatı Zərifə Həmzəyevaya məxsusdur.
Bunlardan başqa, nizamnamə kapitalı 33,9 milyon manat olan “Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır.
Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın ən varlı qadınları arasında AZAL prezidenti Cahangir Əsgərov və Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb.
“İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur.