Azərbaycanda fəaliyyət göstərən ən böyük zərgərlik şirkətlərindən biri ləğv edildi.
7times.az Banker.az-a istinadla xəbər verir ki, “Levata Group” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 80 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Levata Group” şirkəti öz fəaliyyətinə 2006-cı ildən başlayıb. Bu şirkət “Magerit”, “Favero”, “Giorgio Visconti”, “Claudio Fiorentino”, “Penny Preville”, “Parla”, “Montegrappa”, “Alcozer&J”, “Pandora”, “Nomination”, “Tous”, “Rebecca”, “Vintage in Villa”, “Dueci Bijoux” kimi tanınmış zərgərlik brendləri ilə əməkdaşlıq edir.
Follow @7timesaz