Avqust ayında Azərbaycana idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 628,78 manat olub.
7Times.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb.
DSK-nın hesablamalarına görə, bu il idxal edilən malların dəyərində ciddi artımlar var.
2022-ci ilin iyul ayında idxal olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 1,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə 23,6 faiz artıb.
Ümumilikdə, bu ilin 7 ayında idxal olunan mallar üzrə qiymət səviyyəsində 21,8 faiz artım baş verib.
Qeyd edək ki, idxal mallarının kəskin bahalaşması Azərbaycanda qida məhsullarının dəyərinin 21,6 faiz artmasına səbəb olub.
Follow @7timesaz