2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard dollar təşkil edib. 2021-ci ilin doqquz ayı ilə müqayisədə bu il qeyri-neft sektoru üzrə ixrac 310 milyon dollar və ya 17% artıb.
7Times.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, bu dövrdə kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon dolları təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.
2022-ci ilin sentyabr ayında isə qeyri -neft sektoru üzrə ixrac 231,2 milyon dollar təşkil edib və ötən ilin eyni ayı ilə müqayisədə artım 6,5 milyon dollar olub.
Follow @7timesaz