“Media+” İctimai Birliyi ilə Sosial Media Mərkəzi birlikdə qadın sahibkarlar, sahəvi ekspertlər, mətbuat təmsilçiləri, ictimai fəallar arasında keçirdiyi sosioloji sorğuya yekun vurub. 111 respondentin iştirak etdiyi sorğunun iştirakçıları “pandemiya sınağından uğurla çıxan qadın sahibkar kimdir” sualını cavablandırıblar.
Sorğunun nəticələrinə görə, “Innovation Technical and Construction Services LLP” şirkətinin direktoru Fidan Cəbiyeva qalib olub. Qeyd edək ki, sosioloji sorğu sahədən məlumatlı şəxslər arasında aparılıb.
Fidan Cəbiyeva kimdir?
O, Azərbaycan Dövlət İqtisad Universitetinin və ABŞ-ın “Reddington” Universitetin məzunudur. Adi bir mühasib kimi işə başlasa da, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin baş mühasibi və maliyyə direktoru vəzifələrinə qədər yüksəlməyi bacarıb. Daha sonra təhsilini artırmaq, beynəlxalq təcrübəni əxs etmək üçün yolunu Böyük Britaniyadan salıb. Avropanın mərkəzi sayılan – Londonda müxtəlif şirkətlərin idarə olunmasında iştirak edib, maliyyə məsələlərinə məsul olub. ABŞ-da təhsilini başa vurduqdan sonra yenidən doğma vətənə geri dönüb.
Film kimi həyat hekayəsi…
Fidan Cəbiyeva Bakıya qayıtdıqdan sonra Azərbaycanda fəaliyyət göstərən irland şirkətində işə düzəlir. Şirkətin baş mühasibi olaraq eyni zamanda yeni fəaliyyət sahəsi ilə yaxından tanış olmağa başlayır. Bu sahə isə maliyyə məsələlərinə məsul olduğu şirkətin fəaliyyət sahəsi olur: Quruda və suda elektrik quraşdırma və kalibrasiya işləri. Dediyinə görə, adətən bu cür işlərlə kişilər daha çox məşğul olur. Lakin o inadından dönmür.
Günlərin birində irlan şirkəti Azərbaycanı tərk edir. İşçi heyətinə bu barədə məlumat verir. Və hər kəs məyus durumdadır. Kollektivin “Yenə iş axtarmalıyam”, “Bura öyrəşmişdim, mənə çətin olacaq” kimi arqumentlərin arasında gecəylə öz tarixi qərarını verir: “Şirkətin eynisini özüm yaratmalıyam”.
Dünya çaplı iş adamlarının həyat hekayələrindən oxuduğumuz “0-dan biznes qurmaq”, “uğur hekayəsi” kimi taleyi bizim soydaşımız da yaşayıb. Kimi üçün bu asan görünə bilər, lakin uğura gedən yolda hansı mərhələlərdən keçildiyini bilənlər bunun nə qədər çətin olduğunun fərqinə varırlar.
Bütün kollektiv onunla birgə “Davam” qərarını verir və beləcə bu gün Azərbaycanda öz sahəsinin ən aparıcı şirkətlərindən olan – “Innovation Technical and Construction Services LLP” ərsəyə gəlir. Fidan xanımın söylədiyinə görə, bu şirkət onun övladıdır: “İnsan övlad böyütmək üçün nə qədər çaba göstərir və həyatını buna sərf edirsə, mən də bu şirkətin böyüməsinə həyatımı vermişəm”.
BP, SOCAR, podratçı şirkətlər, Almaniya ofisi…
Suda və quruda elektrik quraşdırma və kalibrasiya işlərini həyata keçirən “Innovation Technical and Construction Services LLP” bu gün nəinki ölkəmizdə, Cənubi Qafqazda aparıcı şirkətlərdən biridir. Dünya səviyyəsində populyarlıq qazanan şirkətlin Almaniyada da ofisi fəaliyyət göstərir. Bu şirkətin də idarə olunması Fidan Cəbiyevanın çiynindədir. Ayın yarısını Bakıdakı, yarısını isə Almaniyadakı işlərin yürüməsinə həsr edən Fidan xanım biznesdə uğurlu sistem yaratmağın əyani misalını ortaya qoymağı bacarıb.
Niyə Fidan Cəbiyeva?
Sorğuya qatılan respondentlərin bildirdiyinə görə, Fidan Cəbiyeva təkcə biznesmen deyil, fəal ictimaiyyətçidir, dövlətçidir, təhsilə önəm verir, xeyriyyəçidir və bütün bu keyfiyyətlərinə görə, onu seçmək qərarına gəliblər. Bəli, Fidan Cəbiyeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvüdür. Kifayət qədər də iddialıdır. Dediyinə görə, bu təşkilatın fəaliyyətinə yeniliklər gətirmək niyyətindədir. Əsas yenilik xanımların iqtisadi biliklərini artırmaq, onları biznesə təşviq etməkdir.
44 günlük Vətən müharibəsində və pandemiya qapanmaları zamanı Fidan Cəbiyeva onlarla ailəyə dəstək olub. AQSİA üzvü olan xanım sahibkarlarla bərabər ehtiyacı olan soydaşlarımıza, şəhid və qazi ailələrinə yardımlar edib. Xaricdə təhsil alan gənclərə dəstək olur, onlara yol göstərir, əldə etdiklərini bölüşməklə, yeni nəsil sahibkarların yetişməsinə töhfələr verir.
/hokm.az
Follow @7timesaz