Ölkə

“Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ: Fasilə OLACAQ

“Azəriqaz”dan abonentlərə XƏBƏRDARLIQ: Fasilə OLACAQbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

 

Bu barədə 7Times.az-a “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, qeyd olunan səbəbdən ödəniş sistemi martın 2-si saat 22:00-dan martın 3-ü saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, – məlumatda qeyd edilir.