Ölkə

“AzTV-nin efirində çıxışım zamanı vəsiqəmi cırdım” – İTTİFAQDAN İSTEFA VERƏN XALQ ARTİSTİ

“AzTV-nin efirində çıxışım zamanı vəsiqəmi cırdım” – İTTİFAQDAN İSTEFA VERƏN XALQ ARTİSTİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.

İttifaqdan istefa vermiş keçmiş mətbuat katibi Əli Vəliyevin 7Times.az-a verdiyi məlumata görə, istefa verən şəxslərin getməsinə səbəb Şəfiqə xanımın onları saymaması, yeyintiyə yol verməsi, şəhid və qazi ailələri üçün əməkdaşların topladığı 2820 manat vəsaiti mənimsəməsi olub.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi İttifaqdan istefa verənlərin arasında Xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.

Məsələylə bağlı xalq artisti Tariyel Qasımovla əlaqə saxladıq. O 7Times.az-a açıqlamasında bildirdi ki, Şəfiqə xanım Özbəkistandan onun adına gəlmiş dəvəti qəsdən gizlətdiyinə görə əsəbiləşib. Bu Şəfiqə xanımın etdiyi ilk xəta deyilmiş:

“Getsin teatrda işləsin, Kino ittifaqa rəhbərlik elədi, bəsdir, Mən istefanı dünən verməmişəm, AzTV-nin efirində çıxışım zamanı vəsiqəmi cırdım, bildirdim ki, ora mənim yerim deyil. Seçkiyə getməmişəm. Bu saxtakarlıqda iştirak etməmişəm”.

7Times.az