Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə üçün vaksinin mütləq olması ilə bağlı açıqlama verib.
Təşkilat ilk olaraq bildirib ki, böyüklərdən fərqli olaraq, uşaqların bu prosesdə iştirakı mütləq deyil. Bir müddət sonra isə fikrini dəyişərək, uşaqların da vaksin olunmasını tövsiyə etdi.
Azərbaycanın Baş pediatrı Erkin Rəhimov azyaşlılara tətbiq olunan vaksinlərdən danışıb.
Onun sözlərinə görə, xroniki xəstəlikləri və ağciyər problemləri yaşayan uşaqların vaksin vurması tövsiyə olunur. Pediatr qeyd edib ki, bir yaş altı uşaqlar üçün hal hazırda dünyada hər hansı bir vaksinin istehsalı yoxdur.
Daha ətraflı Baku TV-nin süjetində:
Follow @7timesaz