Ölkə

Bağbanlı Quba rayon birinciliyinin qalibi oldu – VİDEO

Bağbanlı Quba rayon birinciliyinin qalibi oldu – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə Quba rayon birinciliyinin final oyunu keçirilib.
Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonu Bağbanlı qəsəbə stadionunda baş tutan oyun böyük maraqa səbəb olub.
Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında “Bağbanlı” və “Hacıhüseynli” komandaları qarşılaşıblar. Oyun bərabər bitdiyi üçün penalti seriyasında “Bağbanlı” komandası yarışın qalibi adına yiyələnib. Sonda qalib komandaya medal, kubok və fəxri fərmanlar təqdim olunub.
“7Times.az” final qarşılaşmasından hazırladığı görüntüləri təqdim edir.

Cəlal Fərzəliyev

İlqar

7Times.az

Quba