Ölkə

Bakı qeydiyyatı olmayanlara deyirlər ki, rayona qayıdın – Fazil Mustafa

Bakı qeydiyyatı olmayanlara deyirlər ki, rayona qayıdın – Fazil Mustafabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların Bakıda qeydiyyata alınması ilə bağlı problemlər var.

7Times.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Rayondan gələn vətəndaşlara bildirilir ki, qeydiyyata alınmırsa, rayona qayıtmalıdır. Bu olduqca ciddi problemdir. Deyirlər ki, vətəndaşın Bakıda qohumu varsa, ora qeydiyyata alınsın. Əgər 10 nəfər Bakıda qohumunun evində qeydiyyata alınırsa, gələcəkdə məhkəməyə qədər gedib çıxan problemlər yaradacaq. Qohumlarının evində qeydiyyat edirlərsə, bu, müvəqqəti ola bilər. Biz qayıdışdan danışırıq, amma bu, ciddi problemdir. Şəxsən mənim deputat kimi prosesdən xəbərim yoxdur ki, necə aparılır. Ona görə də bunu müzakirə etməli, problemi həll etməliyik”, – deyə deputat vurğulayıb.