Bakı sakini küçədə külli miqdarda pulunu itirib.
7times.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, “Xütor” adlanan ərazidə baş verib. Paytaxt sakini olan bir nəfər 5 ədəd 100 və 1 ədəd 500 manatlıq olmaqla ümumilikdə 1000 manatını cibindən salıb.
Pulunu itirdiyini başa düşüb geri qayıdanda isə yüzlüklərini tapmayıb.
Ehtimal olunur ki, havanın küləkli olması səbəbilə yerə tökülən pullar yoxa çıxıb.