COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparacaq.
Bu barədə 7times.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
Follow @7timesaz