Bakıda ictimai nəqliyyatda gənc qıza qarşı əxlaqsız hərəkət edən şəxs müəyyən edilərək saxlanılıb.
7times.az xəbər verir ki, bu barədə tanınmış şair, aktyor Rəşad Kəsəmənli məlumat verib.
O bildiirb ki, hadisə 18 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib və hadisə ilə bağlı polisə şikayət edilib.
“İndicə 18 nömrəli avtobusda 60-65 yaşlarında şərəfsiz bir kişi (kişi demək olarsa) gənc bir qıza qarşı əxlaqsız hərəkət etdi. Qız ağlamasaydı heç kim də bilməyəcəkdi. Bu alçaq avtobusdan düşüb qaçmaq istəyirdi. Yaxşı ki tutub saxladıq. Polisə zəng edib çağırdıq. Belələrini güllələmək lazımdı!!!!”, – deyə R.Kəsəmənli qeyd edib.
Follow @7timesaz