Kriminal

Bakıda baş vermiş müəmmalı qətlin üstü açıldı

Bakıda baş vermiş müəmmalı qətlin üstü açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

“Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib.

Belə ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Eynur Əfqan oğlu Əlizadə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.

Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.