Cəmiyyət

Bakıda dodağına dolğu etdirən qadın tanınmaz hala düşdü

Bakıda dodağına dolğu etdirən qadın tanınmaz hala düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib.

Dolğu etdirdikdən sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib.

O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib. Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.

V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.