Ölkə

Bakıda ən çox iş yeri olan rayonlar – SİYAHI

Bakıda ən çox iş yeri olan rayonlar – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda muzdlu (maaş alan) işçilərin yarıdan çoxu paytaxtın 3 rayonunda çalışır.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlində paytaxtda çalışan 847,8 min işçinin 21,5 faizi (181,8 min) Nəsimi rayonunda, 19,6 faizi (162,56 min) Yasamal rayonunda, 14,86 faizi (124,2 min) Səbail rayonunda işləyib. Adıçəkilən bu 3 rayonda Bakıda cəmi işləyənlərin 56 faizi çalışıb.

Paytaxtın əhali sayına görə ən böyük rayonlarından olan Xətai və Binəqədidə isə iş yerlərinin sayı azdır. By rayonlardan Binəqədidə 56,3 min, Xətaidə 69,4 min işçi çalışıb.Ən az iş yerləri isə Pirallahı (7,77 min), Suraxanı (19,11 min) və Qaradağ (26,6 min) rayonlarındadır.