Vətəndaş qonşusunun onun övladına patı təklif etdiyini iddia edib.
7times.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
İddia edilib ki, qonşusu “WhatsApp” üzərindən ard-arda zəng edərək siqaret çəkib-çəkmədiyini soruşub, daha sonra isə metamfetamin (patı) təklif edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ barədə araşdırma aparılır:
“Sosial şəbəkələrdə yayılan paylaşımdan məlumatlıyıq. Müvafiq araşdırma aparılır. Nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.