Bu gecə saat 00:15-00:20 radələrində Həzi Aslanov metro stansiyası yaxınlığında məhlələrin birində atəşfəşanlıq olub.
7Times.az xəbər verir ki, bu barədə jurnalist Vüqar Baba şəxsi facebook hesabında məlumat yayıb.
Vüqar Baba bildirib ki, eyvanların birindən güclü fişəng atıblar. Qonşular səs-küydən narahat olub qapını döyüb, mübahisə ediblər.
Məlum olub ki, ev sahibinin toy gecəsi imiş və gəlin bakirə çıxdığı üçün onu qeyd edirlərmiş.
“Bu nə biabırçılıqdı?!” “Utanmazlar!”, “Əxlaqsızlar!” kimi ifadələr işlədib, biraz da mübahisə edib dağılışıblar.
Jurnalist qeyd edib ki, öz arvadının ayaq arası barədə bütün məhəlləyə fişənglə məlumat verən bu kişini bugün yığışıb təbrik etmək, bu vacib xəbəri onlarla paylaşdığı üçün təşəkkür etmək lazımdı.
“Bəzi bölgələrimizdəki bu adətlə bağlı “Nərimanfilm”in çəkdiyi, Elmin Badalovun baş rolunu oynadığı “İkinci güllə” qısa filminin linkini şərhdə paylaşıram”.
Follow @7timesaz