“Əhmədli” metrostansiyası – Hövsan qəsəbəsi xətti üzrə hərəkət edən 132 saylı avtobusun sürücüsü sükan arxasında siqaret çəkir.
7times.az xəbər verir ki, marşrut avtobusu “Kontakt Hom”un Əhmədli filialının qarşısındakı dayanacaqdan hərəkətə başlayarkən (saat 15:00 radələri) sürücü sükan arxasında siqaret çəkməyə başlayıb və sərnişinlərin iradlarına baxmayaraq, siqareti atmayıb, üstəlik, kobud cavab da qaytarıb:
“Özüm bilərəm. Get, işinlə məşğul ol”.
Axar.az
Follow @7timesaz