Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15 000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, oğurluğun ev sahibinin evdə olmadığı son 15 gün ərzində törədildiyi qeyd edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.
Follow @7timesaz