Bakının məşhur təhsil ocaqlarından olan 7 nömrəli tam orta məktəbin 5 ç, 7 d və 10 ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Bu barədə 7times.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.
Follow @7timesaz