Kriminal

Bakıda salondan maşın qaçırıldı

Bakıda salondan maşın qaçırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birindən oğurluq olub. 

7times.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanı olmayan “Mercedes” markalı avtomobil qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır. qafqazinfo.az