Maraqlı

Bakirəlik mifi: Niyə həqiqətən mövcud deyil.-“Biz Qədim Romada deyilik”

Bakirəlik mifi: Niyə həqiqətən mövcud deyilbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakirəlik mifi: niyə həqiqətən mövcud deyil. Hətda XXI əsrdə belə himenoplastika (qızlıq pərdəsini bərpa etmək üçün əməliyyat) etdirən qadınlar mövcutdur. Bu gələcək ərlərinin nigahdan öncə sex yaşadıqlarını bilməməkləri üçündür. Ümumiyyətlə, qadınlarda bakirəlik anlayışı müəyyən qədər dərin arxaik məna kəsb edir. Bakirəlik qızın saflığı, sadəlövhliyi və təcrübəsizliyi ilə əlaqələndirilir. Əlbəttə ki, bu termin kişi cinsi orqanının məcburi iştirakı ilə heteroseks kontekstində istifadə edilmişdir. Lakin, bu gün dünya xeyli dəyişib. Əksər sivil ölkələrdə norma anlayışı genişlənmişdir. “Bu gün bu söz mənasızdır və ondan tamamilə imtina etmək daha düzgün olardı” mövzusunda müzakirələr aparmaq fikrimizcə daha yerinə düşərdi.

Bizdən qabaq alimlərin və bu sahə üzrə ixtisaslaşmış yaşlıların fikirlərini dinləmədən öncə ətrafımızda fırlanan, daim rasladığımız qızlardan “bakirəlik nədir?” deyə soruşmaq qərarına gəldik. Ümumi sex mövzularında ortaq fikir səsləndirsələr də, bu halda qızlar iki qrupa bölünmüş oldular: “Qızlıq pərdəsinin olmasıdır” və “Bu cinsi təcrübənin olmamasıdır”.

Bioloji struktur

Gəlin ilk öncə birinci yanaşmada hansı nüyansın yanlış olduğuna diqqət yetirək. Qızlıq pərdəsi və ya gimen bir bioloji membrandır. O vajinanın ətrafını əhatə edərək müəyyən qədər ona daxilolmanın qarşısını alır. Bu, sadəcə birləşdirici toxumanın kiçik bir qatıdır. Onun xüsusi fizioloji funksiyası belə yoxdur. Bəzən ilk cinsi akt zamanı, yəni kişi cinsi orqanının iştirak etdiyi cinsi əlaqə zamanı pərdə cırılmaya və zədələnməyə bilər.

İlkin olaraq biz bakirəliyi qızlıq pərdəsinin olması ilə əlaqələndirdiyimiz zaman biz bu halın yalnız qızlara aid olduğunu düşünürük. Bəs oğlanlar arasında bəyəm bakir oğlan yoxdur?

İkinci halda, anadan olandan qızlıq pərdəsi olmadan dünyaya gələn qızlar az deyil. Yuxarıda qeyd etdiyimiz kimi, pərdə heç bir fizioloji funksiyaya sahib olmadığından deməli anomalya halına da rast gəlinmir. Qızlıq pərdəsi elastik və ya sərt ola bilər, həm çox nazik, həm də kifayət qədər qalın və güclü ola bilər. Onu zədələmək olduqca asandır. Bu hətdə at belində at çapmaq anında və ya gimnastik hərəkətlər zamanı da baş verə bilər. Bu o deməkdirmi ki, tampon və ya gigiyenik vasitələrdən istifadə edən qızlar avtomatik olaraq bakirəliyini itirir? Xeyr.

Nə? Harda? Necə?

Gəlin bakirəliyin “cinsi təcrübənin olmaması” kimi göründüyü daha geniş bir yanaşmadan danışaq. Vikipediya bizə aşağıdakıları deyir: “Ənənəvi olaraq bakirə qızlar penetrasiya (kişi cinsi orqanı) ilə cinsi əlaqədə olmayan qızlardır”.

Lakin, müasir dünyamızda cinsi əlaqə və ya bu kimi münasibətlər heçdə kişi cinsi orqanının daxil olması mənasını vermir. Əgər bakirəliyin penetrativ cinsi əlaqənin olmaması olduğunu fərz etsək, oral seks və ya qarşılıqlı mastürbasyanı necə qiymətləndirmək olar? Bu bəyəm çatışmamazlıqdır?

Bakirəlik mifi niyə həqiqətən mövcud deyil 3

Ömrü boyu qeyri-penetrasiya ilə məşğul olanlar da bakirədirlər?

Partnyorla hər hansı cinsi təcrübənin bakirəlikdən məhrum edilməsinə səbəb olduğunu fərz etsək, o zaman geyimdə pettingi də bakirəliklə sağollaşmağa səbəb kimi anlamalıyıq? Bəs, petting geyimsiz olarsa? O zaman intim təcrübəni sexə çevirən sərhəd hardadır? Yalnız qızlıq pərdəsi götürüldükdə qız qadına çevrilir?

Bakirəliyi yalnız penetrasiya ilə heteroseksual cinsi əlaqə kimi qiymətləndirmək bizim dövrümüz üçün çox dar anlayışdır. Bakirəlik sırf fizioloji haldır, yoxsa necə deyərlər, ruh halıdır?

Zərərli mif

Tarixi kontekstdə bakirəlik həmişə qadını onun bədəni və sexuallığı ilə manipulyasiya etmək üsulu olub: satılıb-alınırdı, əl dəyməmiş gəlinin “qiyməti” artıq cinsi təcrübəsi olan qadından daha yüksək idi. Əri olmayan kişi ilə yataqda olan qadın çirkli sayılırdı. O, bir çox ənənəvi cəmiyyətlərdə kənarlaşdırılıb: ailə qurmaq, uşaq dünyaya gətirmək imkanını itirmiş, bəzən qadın tamamilə cəmiyyətdən qovulmuşdu.

Qədim Romada vestallardan xidmətin sonuna qədər bakirə qalmaları tələb olunurdu. Qızın bakirəliyini itirdiyi aşkar olunarsa, onu diri-diri basdırırdılar. Daha doğrsu dərin quyu qazıb, onu quyuya salıb, üzərini torpaqla örtüdülər.

Bəli, “Biz Qədim Romada deyilik” deyəcəksiniz. Lakin, əlavə olaraq bildirək ki, İndoneziyada polis kimi işə düzəlmək istəyən qızlar hələ də bakirəlik testindən keçirilir. Bizə hələ bir çox ərəb ölkələrində qadınlarla bağlı məhdudiyyətləri demirik.

İlk sex uğursuz və gülməli ola bilər. Bundan peşmanlıqda duymaq da olar, fəxr etmək də. Ancaq fikirmizcə insanın həm ilk sexi, həm də yaşanan sexləri yalnız onun özünə aitdir. İnsan öz bədəni ilə bağlı bir çox qərarları vermək hüququna sahibdir. Uşaqlıqdan bəri aşılanan inanclar və yanaşma tərzi isə fikrimizcə istənilən cəmiyyətdə dəyişikliklərə uğramağa məhkumdur.

(Topmister)