Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.
7times.az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.
T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.
“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır.
Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.
Follow @7timesaz