Aktual

Baləli yayılan görüntülərindən danışdı: “Cəriməsi 20 manat deyil? Ödəyərik”

Baləli yayılan görüntülərindən danışdı: “Cəriməsi 20 manat deyil? Ödəyərik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur meyxanaçı Balaəli Maştağalı Qara Qarayev prospektində dükana girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsinə və bununla bağlı yayılan görüntülərin tənqid edilməsinə münasibət bildirib.

7Times.az -ın məlumatına görə, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, sözügedən ərazidə dükana yox, aptekə giribmiş:

“Dükana girməmişəm, aptekə dərman almağa girmişəm. Övladım Qara Qarayevdə xəstəxanadadır. Hələ ki buradayam, şükür Allaha, vəziyyəti yaxşıdır. Tələsik olub, avtobusu saxlatmışam. Təcili dərman çatdırmalı idim. Dərman alıb, aparıb xəstəxanaya vermişəm. Görüntülərdə də polis görür ki, mən hara girmişəm. Təcili dərman almalıyamsa, avtomobili saxlaya bilərəm.  Mən dərman alıram də orada, nə olar bəyəm? 20 manat cərimədirsə, dövlətin qanunu-qaydası var. Cəriməsi var, cəriməsini də ödəyəcəyik…”