2026-cı ilin yanvar – iyul ayları ərzində banklar 858.7 milyon manat xalis mənfəət əldə ediblər.
“7Times.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% çoxdur.
Hesabat dövründə banklar 1 milyard 307.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 213.4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Follow @7timesaz


