Cəmiyyət

Baş infeksionistdən peyvənddən sonra ölüm xəbəri ilə bağlı AÇIQLAMA

Baş infeksionistdən peyvənddən sonra ölüm xəbəri ilə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır”. 

7times.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciətində bildirib.

O qeyd edib ki, bu cür yoxlanılmayan şayiələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır.

“Nəzərinizə çatdırmaq istərdik ki, Səhiyyə Nazirliyinə indiyənədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə, bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər”.