Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısı müəyyənləşib.
7times.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Komissiyanın sədri
Şahin Mustafayev – Baş nazirin müavini
Komissiya sədrinin müavini
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Komissiyanın üzvləri:
Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri
Fövqəladə hallar nazirinin birinci müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Səhiyyə nazirinin müavini
Təhsil nazirinin müavini
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri
Azərbaycan Avtomobil Federasiyasının baş katibi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin baş mühəndisi, Komissiyanın məsul katibi.
Eyni zamanda, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi”nə edilən dəyişikliklərə əsasən, Komissiyanın iclasları illik iş proqramı əsasında, ayda bir dəfədən az olmayaraq keçiriləcək.
Komissiyanın daimi əsaslarla fəaliyyət göstərməsi üçün Komissiya üzvlərinin təmsil olunduqları qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılacaq. İşçi qrupa rəhbərliyi Komissiyanın məsul katibi həyata keçirərəcək.
Follow @7timesaz