Cəmiyyət

Baş Prokurorluqdan Nərminin qəsdən öldürülməsi ilə bağlı açıqlama

Baş Prokurorluqdan Nərminin qəsdən öldürülməsi ilə bağlı açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayon Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində istintaqı aparılan cinayət işi Baş prokurorun xüsusi nəzarətindədir.

APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.