Ölkə

Baş Prokurorluqdan vətəndaşlara MÜHÜM MÜRACİƏT

Baş Prokurorluqdan vətəndaşlara MÜHÜM MÜRACİƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir”.

Bu barədə 7times.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edirik”, məlumatda bildirilib.