Aktual

“Başqa heç kimlə danışmayacam, ancaq Putinlə…” – Zelenski

“Başqa heç kimlə danışmayacam, ancaq Putinlə…” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski yalnız Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

Zelenski münqaişə son qoymaq məsələsini yalnız Putinlə müzakirə etmək istədiyini bildirib.

Zelenski qeyd edib ki, Putindən başqa Rusiyadan heç kimlə görüşü qəbul etmir. O, eyni zamanda dövlət başçıları səviyyəsində danışıqların təşkilinin getdikcə çətinləşdiyini də diqqətə çatdırıb.

“Buna baxmayaraq, biz münaqişəyə son qoymağa çalışmalıyıq” – Ukrayna lideri deyib.

Xatırladaq ki, mayın ortalarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin iki ölkə liderləri arasında görüşdən imtina etmədiyini açıqlayıb. O bildirib ki, Moskvanın şərtləri tərtib edilib və Ukrayna tərəfinə ötürülüb, lakin Kiyevdən heç bir cavab gəlməyib.