Aktual

“Batka” Buçadakı qətliamı ingilislərin ÜSTÜNƏ ATDI-“Sübut edəcəyik”

“Batka” Buçadakı qətliamı ingilislərin ÜSTÜNƏ ATDI-“Sübut edəcəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buçadakı təxribat Böyük Britaniyanın xüsusi əməliyyatıdır”.

7Times.az  xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

“Bu, Britaniyanın Rusiyaya qarşı hazırladığı oyundur. Bununla bağlı araşdırmalarla kömək edə bilərik və sübutları təqdim edəcəyik”,- prezident deyib.

Qeyd edək ki, aprelin 2-də Kiyev vilayətinin Buça şəhərində qətliam törədilib. Ukrayna tərəfi Rusiya hərbçilərini mülki insanların kütləvi qətlində ittiham edib. Moskva isə bununla razılaşmayıb. Son xəbərlərə əsasən, Buçada 400-dən çox dinc sakin öldürülüb.