Aktual

Baydeni hansı silah “qorxudub”? – “Ukraynadan təminat almağının səbəbi…”

Baydeni hansı silah “qorxudub”? – “Ukraynadan təminat almağının səbəbi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb. Bayden göndərilən HIMARS adlı raket sisteminin Rusiya ərazisinə hücum üçün istifadə olunmayacağına dair Ukraynadan təminat alınıb.

Məlum məsələdir ki, bu, Baydenin ilk yardımı deyil. Lakin belə bir xəbərdarlıq təəccüb doğurur. Maraqlıdır, Baydenin bu “qorxusu” nədən qaynaqlanır? Ukrayna həmin raketlərlə Rusiyaya hücum düşünə bilərdimi?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bu bəyanatla ABŞ-ın özünü müdafiə etdiyini deyib:

“Başda ABŞ olmaqla, bütün NATO strukturu eskalasiyanın daha da böyüməsində maraqlı deyil. Yəni müharibənin Ukrayna sərhədlərini aşmasını nə ABŞ, nə də NATO istəyir. Onlar sadəcə Ukraynaya dəstək verməklə Rusiyanı Ukraynada məğlub etmək istəyirlər ki, bu da iqtisadi-maliyyə həm də mənəvi cəhətdən Rusiyanı 10 illərlə geri atacaq. Buna görə də ABŞ bu cür raketləri Ukraynaya verməklə Rusiya üçün potensial təhlükələrin olmasını bildiyini göstərməyə çalışır. ABŞ indi özünü sığortalamaq istəyir ki, Rusiyanın NATO ölkələrinə birbaşa hücum etməsinə bəhanə olmasın”.

Ekspert Ukraynanın yeni silhlarla Rusiyanı vurmağa ehtiyacının olmadığını və müharibənin gedişatında üstünlük qazanacağını deyib:

“Beləliklə, ABŞ Ukraynaya göndərdiyi raketlərlə hansı məsafədən nəyi vurmağın mümkün olduğunu bilməmiş deyil. ABŞ hazırda Rusiyanı qıcıqlandırmamağa, özünü sığortalamağa çalışır. Ukraynanın isə Rusiya şəhərlərini vurmağa ehtiyacı yoxdur. Çünki göndərilən silahlar imkan verəcək ki, uzaq məsafədən Rusiyanın strateji silahları zərərsizləşdirilsin. Bununla bağlı ABŞ Ukraynadan izahat da alıb”.

Maraqlıdır, Baydenin xüsusi “ehtiyatla” Ukraynaya verdiyi HIMARS silahlarının özəlliyi nədir?

Qeyd edək ki, Yüksək Hərəkətli Artilleriya Roket Sistemi (High Mobility Artillery Rocket System) M142 ABŞ Ordusunun standart yük maşınına bərkidilmiş yüngül çoxsaylı reaktiv yaylım atəşi sistemidir.

HIMARS altı raketli və ya Orta Taktiki Vasitələr Ailəsi (FMTV) beş tonluq yük maşını ilə və Çoxlu Atışlı Raket Sistemi Sursat Ailəsində (MFOM) bütün sursatlarla birlikdə buraxıla bilən sistemdir. HIMARS yarım raket yükü daşıyan MLRS M270A1 ilə əvəz edilə bilər. O, C-130 başlatma qurğusu ilə daşına bilir.
14 fevral 2010-cu ildə Əfqanıstan Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF) mətbuata açıqlamasında HIMARS bölməsindən atılan iki raketin qısa müddətdə nəzərdə tutulan hədəfin 300 metrinə düşdüyünü və 12 mülki şəxsin həlak olduğunu bildirmişdi. ISAF hadisə nəticəsində tam araşdırma tamamlanana qədər HIMARS-ın istifadəsini dayandırdı.

Daha sonra raketlərin Taliban tərəfindən istifadə edildiyi bildirilmişdi.

Hazırda sözügedən raket sistemi ABŞ da daxil olmaqla, BƏƏ, Sinqapur  və İordaniyada var. Güclü təchiz edilmiş sitemi almaq istəyən ölkələr içərisində isə Polşa, Kanada, İspaniya və Qətər yer alır.