Ermənilər özləri də istəmədən Azərbaycan bayrağını Ermənistanda Tvitter trendində birinci etdilər.
Axar.az xəbər verir ki, bunu kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas Feysbuk səhifəsində yazıb.
“Dünyaya səslərini “çatdırmağa” çalışanda Azərbaycan sözü əvəzinə (çünki Azərbaycan sözü uzundur və Tvitterdə simvol limiti var) bayraqdan istifadə etdikləri üçün, platforma bu bayrağı Ermənistan trendində başa çıxarıb. Təsadüfi, qəribə və maraqlı hadisədir. Kortəbii hay-küyün nəticəsi belə olur. Dünən “AzərbaycanaSanksiya#”nın yerində bu gün Azərbaycan bayrağı dalğalanır”, – o bildirib.