Ölkə

Bayraq rəngində süpürgə satan mağaza İFŞA EDİLDİ

Bayraq rəngində süpürgə satan mağaza İFŞA EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda bayraq rənglərinin əks olunduğu süpürgənin satıldığı ünvanı müəyyən olunub.

Bu barədə 7times.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgənin görüntüləri yayılıb. Bu görüntülər etirazlara səbəb olub.

İstifadəçilərin sözlərinə görə, süpürgə İsmayıllı rayonunda mağazaların birindən alınıb. Onun rəngləri elə alan şəxsin özünü də heyrətə gətirib.