Cəmiyyət

Bazar günü olsa da, ictimai nəqliyyat işləyəcək

Bazar günü olsa da, ictimai nəqliyyat işləyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli müvafiq qərarına əsasən, 12 may iş günü ilə 16 may istirahət gününün yerləri dəyişdirilib.

7times.az xəbər verir ki, həmin qərarda da qeyd olunduğu kimi 16 may səhər saat 06:00-dan ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.

Belə ki, bu gün saat 06:00-dan etibarən müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.

Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri idi. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilmişdi.