Maraqlı

BDU NASA-nın Azərbaycanda rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi oldu

BDU NASA-nın Azərbaycanda rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sentyabrın 26-da Bakı Dövlət Universitetində təşkil olunmuş Yupiter və Saturn planetlərinin müşahidə gecəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla BDU NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub. Hazırda NASA-nın dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur, onlardan 5-i Azərbaycanda yerləşir. Müşahidə nöqtələri haqqında daha ətraflı məlumatı linkdə yerləşən xəritədən əldə etmək olar:
//moon.nasa.gov/observe-the-moon-night/
Oktyabrın 1-dən etibarən NASA tərəfindən təşkil edilən bütün müşahidə tədbirlərinin BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunması nəzərdə tutulub. Bu tədbirlərə Beynəlxalq Ayın Müşahidə Gecəsi, Günəş tutulması və s. daxildir.