Hadisə

BDU-nun dosenti vəfat etdi

BDU-nun dosenti vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.

7Times.az xəbər verir ki, Yaşar Məmmədli 64 yaşında dünyasını dəyişib.

Y.Məmmədli Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti idi.

Allah rəhmət eləsin.