Bakı Dövlət Universtetinin bir qrup tələbəsi təhsil aldıqları otaqda istiliyin olmamasından şikayətçidir. Fizika fakültəsində oxuyan I kurs tələbələrinin valideynləri övladlarının soyuqdan əziyyət çəkdiyini bildirir.
7Times.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müraciət edən bir neçə valideyn bildirib ki, universitetdə qətiyyən istilik sistemi yoxdur: “Tələbələr müəllimə və qrupun dekanına “siniflər çox soyuqdur” deyəndə müəllimlər məsləhət görür ki, “şokalad yeyin, üşüməzsiniz”. Bundan başqa, qrupda təhsil alan tələbələrdən 6-sı hazırda qızılcaya tutulub”.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə sorğu ünvanladıq. Universitetdən müraciətimizə cavab olaraq bildirildi ki, tələbələrin qızılcaya tutulması ilə bağlı iddialar həqiqəti əks etdirmir. BDU-dan verilən açıqlamaya görə, universitetin bütün korpuslarında istilik var.
Follow @7timesaz