Aktual

Belarus Ukrayna ilə sərhədə qoşun TOPLADI

Belarus Ukrayna ilə sərhədə qoşun TOPLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Ukrayna ilə sərhədə xüsusi əməliyyat qüvvələri yerləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Quleviç məlumat verib.

O, Ukraynanın sərhədə 20 min nəfərə qədər silahlı qrup yerləşdirdiyini və buna görə cavab verilməli olduğunu bildirib.

“Təhlükəsizliyi təmin etmək üçün cənubda üç taktiki istiqamətdə xüsusi əməliyyat qüvvələri yerləşdirilib”, – deyə Quleviç qeyd edib.

Xatırladaq ki, Polşa, Litva və Latviya ərazilərində mayın 1-dən 27-dək NATO-nun “Avropanın müdafiəçisi – 2022” təlimləri keçirilir. Təlimlərdə ABŞ da daxil olmaqla 20-dən çox ölkənin 18 min hərbçisi iştirak edir.

Qulyeviç bildirib ki, “Avropanın müdafiəçisi” təlimləri çərçivəsində kəşfiyyat-diversiya qüvvələrinin istifadəsi, desantların endirilməsi və xüsusi əməliyyat qüvvələrinin tətbiqi kimi əməliyyatlar icra olunacaq.

Onun fikrincə, bu əməliyyatlar təlimlərin dinc olmasını göstərmir: “Bunun əsasında silahlı qüvvələr mümkün təhdidlərə qarşı yönəlmiş tədbirlər kompleksi hazırlayıb”.