Ölkə

Belə adamın cinsi orqanı kəsilib yerinə duz basılmalıdır…”

“Belə adamın cinsi orqanı kəsilib yerinə duz basılmalıdır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda təəssüflə deyirəm ki, belə cinayətlərin tutarlı cəzası yoxdur. Həddindən ardın humanistik. Bu adama 10-15 il iş düşür, amma ömürlük cəza da buna yüngüldür”
Bunu Moderator.az-a açıqlamasında məşhur gitara ifaçısı Rəhman Məmmədli deyib. R.Məmmədli 11 yaşlı azyaşlını zorlayan adamın ən ağır şəkildə cəzalandırılmasını təklif edib:
“Mən bir cəza növü fikirləşmişəm və kaş qanun buna icazə verəydi. Belə hadisələr hər dəfə olmur. Amma nə qədər ağır səslənsə də bunu deməliyəm. Bu adamın əməliyyat vasitəsilə cinsi orqanı kəsilib, yerinə duz basılmalıdır. Onu həyatda əbədi olaraq bu cür yaşatmaq lazımdır. Bu dəhşətli bir hadisədir. O adama manyak yox, manqurt deyə bilərəm. Şəkilinə baxanda görürsən ki, üzündən şərəfsizlik, alçaqlıq yağır. Edam bizim məmləkətdə yoxdur, demokratiya buna icazə vermir. Amma belə hadisələrdə hansı insan hüququndan danışa bilərik? Beləsinə yaşamaq olarmı?!”