Dünya

“Bəlkə də cənnətə düşməyə layiq ola bilərəm” – Tramp

“Bəlkə də cənnətə düşməyə layiq ola bilərəm” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Milli Dua Səhər Yeməyi tədbirində çıxışı zamanı cənnətə düşəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, bəzi media qurumları açıqlamalarını qəsdən yanlış təqdim edir. Tramp əvvəlki çıxışlarından birində istehza ilə “cənnətə düşməyəcəyini” dediyini, lakin bunun zarafat olduğunu vurğulayıb. Bildirib ki, media bu ifadəni ciddi qəbul edərək, onun “həyatın mənası haqqında düşündüyü” kimi təqdim edib.

“Əslində, sadəcə zarafat edirdim. Mən mükəmməl insan deyiləm, amma yaxşı insanlar üçün çox iş görmüşəm. Düşünürəm ki, bəlkə də cənnətə düşməyə layiq ola bilərəm”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, Tramp ötən ilin avqustunda “Fox News”a müsahibəsində də cənnətə getməyə ümid etdiyini demişdi. O, xüsusilə Ukraynadakı münaqişənin həlli istiqamətində göstərdiyi səylərin buna töhfə verə biləcəyini vurğulamışdı.