Ölkə

Beş faydalı qazıntı yatağı istifadəyə VERİLDİ

Beş faydalı qazıntı yatağı istifadəyə VERİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

7Times.az İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən hərracda Xızıda yerləşən “Şurabad” qum yatağının 22 ha sahəsi, Balakəndə “Göyəmtala” gil yatağının 3,22 ha, Qazaxda “Aşağı Salahlı” gil yatağının və “Daş Salahlı-III” sement xammalı yatağının müvafiq olaraq 20 ha və 25 ha, Ağstafada “Acıdərə” vulkan külü yatağının 6 ha sahəsi istifadəyə verilib.