Cəmiyyət

Bəşəriyyətin mənbəyi bu ölkədir

Bəşəriyyətin mənbəyi bu ölkədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədqiqatçılar insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.

7Times.az  xarici mediaya istinadən məlumatına görə, alimlər sonda insanlığın mənşəyinin bir Afrika ölkəsində olduğunu aşkarlayıblar.

Tədqiqatın aparıcı müəllifi Enthony Wilder Wohns əcdadlarımızın genomları ilə yenidən əlaqə qurduqlarını və geniş əlaqələr şəbəkəsi yaratdıqlarını bildirib.Onun sözlərinə görə, ən qədim əcdadlarımız müasir dünyada Sudan adlanan ölkədən başlayır:

“Bizim qədim atalarımızın mənşəyi Afrikadakı Sudan coğrafi bölgəsinə qədər uzanır. Bu əcdadlar hesablamalara görə, 1 milyon il əvvəl yaşayıblar. Bizim genetikalarımızın hissələri bu fərdlərdən miras alınıb”.

Tədqiqatçılar bu informasiyaları əldə etmək üçün təxminən 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər.

O da qeyd edilir ki, bu məlumatlar təkcə insan genetikasını deyil, həmçinin tibb sahəsində də bir sıra yeniliklər əldə etməyə imkan yaradır.