Ölkə

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, bu gün Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə və ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb:

“Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik”.
Xatırladaq ki, B.Hacıyev 2022-ci il dekabrın 9-da həbs edilib.