Türkiyədə bəy və gəlinə edilən hədiyyə böyük maraqla qarşılanıb.
7Times.az Metbuat.az xəbər verir ki, hədiyyə qonaqları da təəccübləndirib. Məlumata görə, Qazientepdə baş tutan toyda bəyin dostları Səhər və Nihat cütlüyünə qızıl əvəzinə təkər hədiyyə ediblər.
Dostlarının hədiyyəsinə təəccüblənən bəy, “Bizim üçün sürpriz oldu. Mən şok oldum, onlara təşəkkür edirəm” deyib.
Cütlüyə avtomobil təkəri hədiyyə edən sex müdiri İbrahim isə “Dostumuza qızıldan daha dəyərli olan öz avtomobilinin təkərini toy hədiyyəsi olaraq verməyi düşündük”- deyə bildirib.
Qeyd edək ki, bəy mikroavtobus sürücüsü olub. Təkər də onun mikroavtobusunun olub.