“9 noyabr üçtərəfli bəyanatında Dağlıq Qarabağın statusu düşünülərək qeyd olunmayıb”.
7times.az xəbər verir ki, bu barədə Sergey Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlamasında bildirib. O qeyd edib ki, status problemi mübahisəli olduğundan bu məsələnin gələcəyə buraxılmasına qərar verilib.
Lavrov bildirib ki, bu məsələ ilə yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcək olan ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olmalıdırlar.
“Sülhməramlı missiyanın yerləşdiyi ərazi sülhməramlı kontingentin məsuliyyət zonasıdır. İrəvan və Bakı ilə təmaslarımızda biz bu nöqteyi-nəzərdən çıxış edirik. İndi nəqliyyat kommunikasiyalarının təşkili və humanitar yardımın təfərrüatları üzərində işlənilir”, – deyə Lavrov qeyd edib.
Follow @7timesaz