Hadisə

Beyləqanda maşın kanala aşdı – 3 nəfər öldü

Beyləqanda maşın kanala aşdı – 3 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

7times.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Şahsevən kəndi ərazisində “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşıb.

Nəticədə avtomobildəki sərnişinlər – Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü Akşin Cəfərov isə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.